İstintaq Xidməti saxta xarici valyuta satan şəxləri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kvemo Kartli rayon prokurorluğunun əməkdaşları ilə birgə həyata keçirdikləri tədbirlər nəticəsində qrup halında saxta pul satmaq faktı üzrə iki nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.
Araşdırma zamanı müəyyən edilib ki, 2023-cü ilin mart-aprel ayları ərzində müxtəlif şəxslərə malların alınması zamanı ümumilikdə 2200 ABŞ dolları məbləğində saxta 100 dollarlıq əskinaslar satılıb.
Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətmiş şəxslər müəyyən edilərək tutulublar.
İstintaq zamanı təqsirləndirilən şəxslərdən birindən əlavə olaraq 1800 avro məbləğində 9 ədəd saxta əskinas və 1 ədəd 50 dollarlıq əskinas götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsi ilə istintaq aparılır. Bu, 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Sözügedən cinayətdə əlbir olan şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


