InterPress.ge xəbər verir ki, polis Kukçişvili küçəsi yaxınlığında 40 yaşlarında kişini şəxsi axtarış üçün saxlayıb.
Mövcud məlumata görə, həmin şəxsin üzərində qablaşdırılmış formada narkotik vasitə aşkar edilib. Həmin şəxs şübhəli şəxs qismində saxlanılıb.
Çox güman ki, o, narkotik vasitələrin qanunsuz alınması-saxlanılması ittihamı ilə mühakimə olunacaq.
