Axmetada qonşu qonşusunu öldürüb.
InterPress.ge xəbər verir ki, 70 yaşlarında qadınla 18 yaşlı oğlan arasında sözlü qarşıdurma olub və bu zaman gənc ov silahı ilə qadını güllələyib.
Təcili yardım briqadası yaralı qadını Axmet xəstəxanasına çatdırsa da, həkimlər onu xilas edə bilməyiblər.
Qətli törətməkdə təqsirləndirilən şəxsi polis tutub. Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.
