17 
Apr
2023
13:03
196

Bir sıra ölkələr Rusiyanı beynəlxalq nüvə enerjisi bazarından çıxarmaq məqsədi ilə ittifaq yaradıblar

ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya və Fransa Rusiyanı beynəlxalq nüvə enerjisi bazarından çıxarmaq məqsədi ilə ittifaq yaradıblar.

InterPress.ge xəbər verir ki, KİV-in məlumatına görə, bu barədə razılaşma Yaponiyanın Sapporo şəhərində, “Böyük Yeddilik” görüşü çərçivəsində əldə olunub.

Beş ölkə Rusiyanın təchizat zəncirləri üzərində nəzarətini sarsıtmaq üçün hər bir dövlətin mülki nüvə enerjisi sektorunda müvafiq resurs və imkanlardan istifadə etməyə razılaşıb. Britaniya hökumətinin yaydığı məlumatda deyilir ki, razılaşmadan Rusiya Federasiyasının nüvə enerji bazarından mümkün qədər tez çıxarılması üçün istifadə edilməsi planlaşdırılır.

Belə bir addımın atılmasında məqsəd Putinin Ukraynaya müdaxiləsinin maliyyələşdirilməsinin mənbəyini kəsməkdir.

"Böyük Britaniya Ukraynanı dəstəkləmək, Putini məğlub etmək və onun və onun kimi başqalarının bir daha dünyanı öz enerji resurslarına girov saxlaya biləcəklərini düşünməmələrini təmin etmək üçün qlobal səylərin mərkəzindədir", - Böyük Britaniyanın Enerji Təhlükəsizliyi katibi Qrant Şapps deyib.

Bizimlə əlaqə saxlayın