16 
Apr
2023
10:02
661

Bu il Gürcüstana ən çox ziyarətçi bu ölkələrdən gəlib

Bu ilin yanvar-mart aylarında Gürcüstana 1 208 462 beynəlxalq səyahətçi səfər edib. Bunlardan digər səfərlər (qeyri-turizm) 142 783, beynəlxalq ziyarətçilər tərəfindən edilən səfərlər isə 1 065 679 olub. 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, administrasiyadan verilən məlumata görə, cari ilin 1-ci rübündə beynəlxalq səyahətçilərin səfərləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 109,6% artıb və bu, pandemiyadan əvvəlki 2019-cu ilin analoji göstəricisindən -25,3% geri qalıb. .

2023-cü ilin yanvar-mart aylarında beynəlxalq ziyarətçilərin həyata keçirdikləri səfərlərə əsasən, ilk 15 ölkə belə görünür:

Rusiya - 256 787 ziyarətçi;

Türkiyə - 216 391 ziyarətçi;

Ermənistan - 182 543 ziyarətçi;

İsrail - 44 788 ziyarətçi;

Azərbaycan - 40 353 ziyarətçi;

Ukrayna - 31 689 ziyarətçi;

İran - 21 318 ziyarətçi;

Qazaxıstan - 19 918 ziyarətçi;

Belarusiya - 18,400 ziyarətçi;

Hindistan - 14 365 ziyarətçi.

Polşa - 10 122 ziyarətçi;

Filippin - 9646 ziyarətçi;

Özbəkistan - 8079 ziyarətçi;

Almaniya - 7429 ziyarətçi;

ABŞ - 6803 ziyarətçi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər