Səfir: “Fikrimizcə, indi Rusiya ilə yeni iqtisadi fəaliyyətə başlamaq üçün uyğun vaxt deyil”
“Fikrimizcə, indi Rusiya ilə yeni iqtisadi fəaliyyətə başlamaq üçün yəqin ki, uyğun vaxt deyil”.
InterPress.ge xəbər verir ki. bu sözləri Almaniyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Peter Fişer Gürcüstan və Rusiya arasında hava nəqliyyatının mümkün bərpası ilə bağlı son bəyanatlara cavab verərkən deyib.
Onun sözlərinə görə, müharibə başlayandan Avropa İttifaqı Rusiya ilə iqtisadi əlaqələri məhdudlaşdırmağa çalışır.
“Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və digərləri Ukraynada davam edən müharibəni dayandırmağa çalışırdıq. Necə? Rusiyaya bunun onlara baha başa gələcəyini izah etməklə və biz bunu sanksiyalarla edirik. Başqa sözlə, iqtisadi fəaliyyəti məhdudlaşdırmaqla. Beləliklə, fikrimizcə, indi Rusiya ilə yeni iqtisadi fəaliyyətə başlamaq üçün doğru zaman deyil, beynəlxalq hüquqa məhəl qoymamaq olmaz, sərhədləri zorla dəyişdirmək olmaz. Onlar bunu etdikcə, onların iqtisadi fəaliyyəti məhdudlaşdırılacaq və biz onlarla yeni məsələləri müzakirə etməyəcəyik”, - Almaniya səfiri bildirib.


