“Gürcü xalqı aprelin 14-nü gürcü dili günü elan etdi, öz ana dilini qorumaq uğrunda döyüşdə qalib gəldi" - Baş nazir
“Gürcü xalqı aprelin 14-nü gürcü dili günü elan etdi, öz ana dilini qorumaq uğrunda döyüşdə qalib gəldi, bu, Sovet İttifaqı tarixində ilk dəfə idi ki, xalq etirazı nəticəsində rejim geri çəkildi”.
InterPress.ge xəbər verir ki, bu, Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.
Hökumət başçısı qeyd edib ki, gürcü dilinin qorunması və inkişafı üçün 10 illik dövlət dili strategiyası yaradılıb və artıq Gürcüstan hökuməti bunu təsdiqləyib.
“Bu il 1978-ci il aprelin 14-də gürcü xalqının Sovet hökumətinin yeni konstitusiya vasitəsilə gürcü dilinin dövlət statusunu ləğv etmək cəhdinə qarşı çıxdığı görünməmiş dinc nümayişin 45-ci ildönümüdür. Gürcülər ana dillərini qorumaq uğrunda döyüşdə qalib gəldilər. Sovet İttifaqı tarixində ilk dəfə idi ki, xalq etirazları nəticəsində rejim geri çəkildi. Bu qələbə digər respublikalar üçün örnək oldu və onların konstitusiyalarının yekun variantının formalaşmasına təsir etdi.
Gürcü xalqı aprelin 14-nü gürcü dili günü elan etdi.
Gürcü dilinin qorunması və inkişafı üçün dövlət dilinin 10 illik strategiyası yaradılıb və Gürcüstan hökuməti bunu artıq təsdiqləyib.
Ana dilimiz kimliyimizi, birliyimizi və gücümüzü təyin edən ən mühüm amillərdən biridir”, - Baş nazir İrakli Ğaribaşvili deyib.


