Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Yaponiya Ukraynaya 3,5 milyard dollar həcmində yardım edəcək

212
Yaponiya Ukraynaya 3,5 milyard dollar həcmində yardım edəcək
Dinləmək üçün basın

Yaponiya 2023-cü il ərzində Ukraynaya 3,5 milyard ABŞ dolları həcmində birbaşa büdcə dəstəyi göstərməyi planlaşdırır. Bu vəsaitlər prioritet olan sosial və humanitar xərcləri maliyyələşdirəcək.

Yaponiya 2023-cü il ərzində Ukraynaya 3,5 milyard ABŞ dolları həcmində birbaşa büdcə dəstəyi göstərməyi planlaşdırır. Bu vəsaitlər prioritet olan sosial və humanitar xərcləri maliyyələşdirəcək.

InterPress.ge “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə Yaponiyanın maliyyə naziri Suniçi Suzuki ilə Ukraynanın maliyyə naziri Sergey Marçenkonun Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz iclası çərçivəsində Vaşinqtonda keçirdiyi görüşdə danışıqlar olmuşdu.

“Ukrayna Yaponiyanın müharibədə qələbə qazanmağımızı sürətləndirmək üçün verdiyi töhfəni, o cümlədən sistemli olaraq maliyyə, humanitar yardım və Rusiyaya sanksiya vasitəsilə təzyiq göstərməsini yüksək qiymətləndirir. 2023-cü ildə G7-yə sədrlik edən Yaponiya gündəlikdəki məsələnin dəstəklənməsində prinsipial liderlik nümayiş etdirir, həmçinin Ukraynaya maliyyə yardımının koordinasiyasının yaxşılaşdırılmasına çalışır”, - nazirlik S.Marçenkodan sitat gətirib.

Görüş zamanı Yaponiya Maliyyə Nazirliyinin nümayəndələri yenidənqurma işlərində, o cümlədən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) ilə potensial birgə layihələr vasitəsilə Ukraynaya dəstək verməyə hazır olduqlarını bildiriblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →