Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Dmitro Kuleba: "2008-ci ildə NATO-nun qapıları Ukrayna və Gürcüstana bağlandı və Rusiya hər iki ölkəyə hücum etdi"

368
Dmitro Kuleba: "2008-ci ildə NATO-nun qapıları Ukrayna və Gürcüstana bağlandı və Rusiya hər iki ölkəyə hücum etdi"
Dinləmək üçün basın

“Gürcüstan, Ukrayna, Suriya və yenə Ukrayna - Moskva bir-birinin ardınca vəhşi hücumlar həyata keçirir”.

“Gürcüstan, Ukrayna, Suriya və yenə Ukrayna - Moskva bir-birinin ardınca vəhşi hücumlar həyata keçirir”.

InterPress.ge xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu barədə Buxarestdə Qara Dəniz Təhlükəsizlik Konfransında bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, indi Rusiyanın təhdid etdiyi ölkələrin NATO-ya inteqrasiya üçün ümumi plan hazırlaması zəruridir.

“Bizə Qara dəniz regionu ölkələri üçün hərtərəfli təhlükəsizlik strategiyası lazımdır. Qara dəniz NATO dənizi nəyə çevrilibsə, Baltik dənizi nəyə çevirilibsə, o hala gəlməlidir. 2008-ci ildə qorxulu ehtiyatla NATO-nun qapıları Ukrayna və Gürcüstanın üzünə bağlananda Rusiya tez bir zamanda hər iki ölkəyə hücum edərək cavab verdi. Rusiya manyaklaşırdı, lakin bəzi ölkələrin liderləri qərara gəldilər ki, ən yaxşı yol bu manyakı sevindirməkdir”, - Dmitro Kuleba bildirib.

Ukraynanın xarici işlər naziri onu da qeyd edib ki, NATO-nun Vilnüsdə keçiriləcək sammiti Ukraynanın alyansa qoşulması istiqamətində qəti addımlar atmaqla keçmişdə buraxılmış səhvləri düzəltmək üçün doğru zamandır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →