İspaniyada 4 gürcü saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Nəşrin məlumatına görə, gürcülər aprelin 12-də mənzili qarət etməyə cəhd etdikləri üçün yaxalanıblar.
Məhkəmə onların dördünün də deportasiya edilməsi və 8 il ölkəyə girişlərinin qadağan edilməsi barədə qərar qəbul edib.
Yazıda qeyd olunub ki, məhkəmə prosesində saxlanılan şəxslər təqsirlərini etiraf ediblər. Səs-küyü eşidən ev sahibi polisə müraciət etdiyi üçün evdən heç nə götürə bilməyiblər.
4 gürcüyə İspaniyanı tərk etmək üçün iki həftə vaxt verilib. Əks halda onları həbs gözləyir.
