13 
Apr
2023
11:45
656

Pasxa günlərində hava necə olacaq?

Gürcüstanda hələ də yağışlı hava şəraiti davam edir.

InterPress.ge xəbər verir ki, Pasxa günlərində, konkret olaraq 16 və 17 apreldə havanın necə olacağı ilə bağlı Milli Ətraf Mühit Agentliyi məlumat verib.

“Aprelin 16-da Qərbi Gürcüstanda hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Hava 20-25 dərəcə isti olacaq.

Şərqi Gürcüstanda buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə duman olacaq, əsasən Kaxeti bölgəsində havanın temperaturu aşağı olacaq. Gün ərzində az yağış yağacağı gözlənilir. Havanın temperaturu 11-16 dərəcə isti olacaq.

Paytaxt Tbilisidə isə az yağış yağacağı ehtimalı var.

Aprelin 17-də Qərbi Gürcüstanda heç nə dəyişməyəcək, güclü şərq küləyi əsəcək və yenidən yüksək temperatur olacaq.

Şərqi Gürcüstanda isə buludlu, dumanlı hava şəraiti davam edəcək - Kaxeti bölgəsində yağış, Tbilisidə arabir yağış yağacaq.

Qeyd edək ki, Şərqi Gürcüstanda külək olmayacaq”, - Milli Ətraf Mühit Agentliyindən bildiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər