13 
Apr
2023
11:07
650

DİN Marneulidə polisə hücum etmək ittihamı ilə 3 nəfəri saxladı

Daxili İşlər Nazirliyi Marneuli bələdiyyəsində polisə hücum etməkdə təqsirləndirilən 3 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, DİN bununla bağlı məlumat yayıb.

Cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 3 nəfər: 2003-cü il təvəllüdlü A.B., həmin il təvəllüdlü Q.O. və 2002-ci il təvəllüdlü E.K.-ni polisə hücum etməkdə ittiham edərək saxlayıblar.

İstintaqla müəyyən edilib ki, bu il aprelin 12-də sərxoş vəziyyətdə olan A.B. Marneuli-Sədaxlı yolunda avtomobili idarə edərkən qəza şəraiti yaradıb, bundan sonra patrul polisinin nümayəndələri onu maşını saxlamağa çağırıblar. Sürücü asayiş keşikçilərinin çağırışına tabe olmayıb. O, Marneuli bələdiyyəsinin kəndlərindən biri istiqamətində yoluna davam etsə də, hərəkətin təhlükəsizliyini təmin edə bilməyib, sürüşərək aşıb. A.B və onunla birlikdə avtomobildə olan şəxslər Q.O və E.K. hüquq-mühafizə orqanlarının əməkdaşlarını şifahi və fiziki təhqir edərək, Daxili İşlər Nazirliyinin balansında olan avtomobilə ziyan vurublar. Hadisə zamanı yerli əhalinin bir hissəsi hadisə yerinə toplaşaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarının hadisədə iştirak edən şəxsləri tutmasına mane olublar. Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən sürücü və onunla birlikdə olan iki sərnişini polis əməkdaşları tezliklə saxlayıb.  Polisə hücumla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə araşdırma aparılır. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər