Avtomobil sahiblərinin nəzərinə....
Hüquq Məsələləri Komitəsində avtonəqliyyat vasitələrinin tullantılarının tərkibindəki zərərli maddələrin tərkibinin normadan artıq olmasına görə inzibati cərimə tətbiq edilməsi məsələsinə dair dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılıb.
InterPress.ge xəbər verir ki, dəyişikliyə əsasən, atmosferə atdığı tullantıların miqdarı müəyyən edilmiş normaya cavab verməyən nəqliyyat vasitəsini idarə etmək 100 lari məbləğində cəriməyə səbəb olacaq.
İlk cərimədən 30 gün sonra eyni hərəkət sürücünün 300 lari, 60 gün sonra isə eyni hərəkət sürücünün 600 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək.
Qanun layihəsinə əsasən, Ətraf Mühitin Mühafizəsinə Nəzarət İdarəsi avtomobillərin tullantılarının tərkibindəki zərərli maddələrə nəzarət edir. Birinci mərhələdə Tbilisi, Kutaisi, Rustavi və Batumidə nəqliyyat vasitələrinin tullantılarına nəzarət edəcək 10 ekipajın yaradılması planlaşdırılır.


