12 
Apr
2023
11:51
1034

Mart ayında aksizsiz siqaretlərin saxlanması-daşıması-satılması ilə bağlı 36 fakt aşkar edilib

2023-cü ilin mart ayında bütün Gürcüstan ərazisində həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda aksiz markası olmayan malların saxlanılması-daşınması və satışı ilə bağlı 36 fakt aşkar edilib, 39 nəfər məsuliyyətə cəlb edilib, onlardan 18-i saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib.

“İstintaq tədbirləri nəticəsində cinayətdə ifşa olunan şəxslərdən ümumi bazar dəyəri 177 000 laridən çox olan müxtəlif adlarda ümumilikdə 36 180 ədəd rüsumsuz siqaret götürülüb.

Bu cinayət Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələri ilə 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın