11 
Apr
2023
13:14
3272

Xəbərdarlıq! Bu qaydanı pozan şəxs 1500 lari cərimələnəcək

“Çiakokonobi gecəsi”ndə tullantıların yandırılmasına nəzarət gücləndiriləcək, qaydanı pozanlar cərimələnəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayıb.

Onların məlumatına görə, sözügedən tullantıların yandırılması zamanı ətraf mühit və insan sağlamlığı üçün təhlükəli zəhərli, kanserogen maddələr və qazlar ayrılır.

“Möhtəşəm Pasxa bayramından əvvəl çərşənbə günü ənənəvi ritual - “Çiakokonoba” keçirilir. Ayin zamanı tonqal yandırmaq üçün əhali müxtəlif növ məişət tullantılarından istifadə edir.

Qeyd olunan tullantıların yandırılması zamanı ətraf mühit və insan sağlamlığı üçün təhlükəli zəhərli, kanserogen maddələr və qazlar ayrılır. Ənənəvi ritualda fəal iştirak edən əhalinin, xüsusən də uşaqların sağlamlığı üçün təhlükə var.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti əhaliyə xəbərdarlıq edir ki, Tullantıların İdarə Olunması Məcəlləsinə əsasən, istənilən növ tullantıların (şinlər, plastik material, yarpaqlar daxil olmaqla) açıq yandırılması qadağandır.

Tullantıların İdarə Olunması Məcəlləsinə əsasən, təhlükəli olmayan məişət tullantılarının - yarpaqların, bağ/park tullantılarının, məişət tullantılarının açıq yandırılması 500 lari, təkərlərin, rezin və digər elastomer materialların açıq yandırılmasına görə isə 1500 lari məbləğində cərimə nəzərdə tutulur.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları “Çiakokonobi gecəsi”nə nəzarəti gücləndirəcək və hər bir qanun pozuntusuna müvafiq reaksiya verəcək”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər