11 
Apr
2023
12:55
702

Daxili İşlər Nazirliyi dələduzluq edən 1 nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, hazırda şərti sınaqda olan K.T.-ni dələduzluq maddəsi ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bununla bağlı DİN məlumat yayıb.

Cinayət 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 7000 ABŞ dolları müqabilində Gürcüstan vətəndaşlarını qeyri-qanuni yolla Meksikadan keçməklə Amerika Birləşmiş Ştatlarının ərazisinə aparacağını vəd edib, onlardan pulu qabaqcadan alıb və vədlərinə əməl etməyib.

Ümumilikdə, cinayət əməli nəticəsində K.T. 23900 ABŞ dolları və 2600 avronu dələduzluq yolu ilə mənimsəyib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə aparılır.

Bizimlə əlaqə saxlayın