11 
Apr
2023
12:14
376

Polşa Mixeil Saakaşviliyə azadlıq mübarizəsinə verdiyi töhfəyə görə mükafat verəcək

Aprelin 14-də Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə Polşanın ən yüksək mükafatlarından biri olan “Prometey” mükafatı təqdim olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin Facebook səhifəsində məlumat yayılıb.

Məlumata görə, Saakaşvili azadlıq mübarizəsinə verdiyi töhfəyə görə mükafatlandırılacaq.

“Varşavada keçiriləcək mükafatlandırma mərasiminə Ukrayna, Gürcüstan və Fransadan nümayəndə heyətləri dəvət olunub. Həmçinin Polşa hökuməti də ən yüksək səviyyədə təmsil olunacaq”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər