11 
Apr
2023
11:59
591

DİQQƏT! Bu cərimələr sərtləşdirilir

Gürcüstanın “İnzibati Xətalar Məcəlləsi”nə dəyişiklik layihəsinə əsasən, torpaq sahələrində biçindən sonra qalan (gövdənin aşağı hissəsinin kəsikləri) tullantıları yandırmaq məsqədilə yanğınlar törədildikdə sanksiyalar sərtləşdiriləcək.

InterPress.ge xəbər verir ki, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Arçil Adamia qanun layihəsini Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin iclasında müzakirəyə təqdim edib.

İclasda qeyd olunduğuna görə, son vaxtlar əkinçilik sahələrində qalan tullantıların yandırılması halları artıb. Müvafiq olaraq, İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir ki, ona görə, hər yanan hektara görə fiziki şəxslər 1000 lari, hüquqi şəxslər isə 2000 lari məbləğində cərimə edilir.

Bizimlə əlaqə saxlayın