Ğaribaşvili ABŞ-ın hakimlərə sanksiya tətbiq etməsinə münasibət bildirdi: “Bu qərarı dəstəkləyəcək heç bir dəlil görmədik"
“Bu qərarı dəstəkləyəcək heç bir dəlil görmədik. Bu qərar mənim üçün böyük sual işarəsi yaradır. Bu, kədərli və anlaşılmazdır”.
InterPress.ge xəbər verir ki, Baş nazir İrakli Ğaribaşvili ABŞ-ın hakimlərə sanksiya tətbiq etməsinə münasibət bildirib.
Baş nazir həqiqətin üzə çıxacağına ümid etdiyini qeyd edib.
“Düşünürəm ki, həqiqət üzə çıxacaq. Tərəfdaşlarımızla danışacağıq, heç bir sual cavabsız qalmayacaq. Mənim üçün də sürpriz oldu. Heç eşitməmişəm ki, müəyyən suallar olub. Kiminsə belə faktları varsa, biz onları eşitməyə hazırıq. Demək istəyirəm ki, suveren ölkənin müstəqil məhkəməsinə hər hansı formada müdaxilə etmək yolverilməzdir. Hökumətlər məhkəmə sisteminin müstəqilliyini gücləndirmək üçün mümkün olan hər şeyi edir. Bütün ölkələrdə bir növ tabudur ki, hakimə təzyiq göstərmək, məhkəməyə müdaxilə etmək qanunsuzdur. Biz bu siyasəti davam etdirəcəyik və onu daha da gücləndirəcəyik. Bizim ümumi arzumuz daha da müstəqil, azad və güclü məhkəməyə sahib olmaqdır”, - Baş nazir qeyd edib.


