Pasxa gecəsi metro sərnişinlərə pulsuz xidmət göstərəcək
Pasxa gecəsi vətəndaşların rahat hərəkətini təmin etmək məqsədilə metro səhər saat 04:00-dək fəaliyyət göstərəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bu gün paytaxt hökumətinin iclasında deyib.
O qeyd edib ki, həmin gecə saat 23:00-dan etibarən metro sərnişinlərə pulsuz xidmət göstərəcək.
Bundan əlavə, Kaxa Kaladzenin sözlərinə görə, aprelin 16 və 17-də Muxatqverdi, Vaşlicvari, Kukia, Yeni Kukia, Maxata, Saburtalo, Ğrmağele, Veli və Varketili qəbiristanlıqları istiqamətində yeni marşurutlar müəyyən ediləcək.
“Sözügedən marşrutlar üzrə hərəkət edən avtobuslar sərnişinlərə pulsuz xidmət göstərəcək. Avtobuslar “Marcanişvili”, “Didube”, “Delisi”, “Saracişvili”, “Varketili” metro stansiyalarından, həmçinin Stansiya Meydanı, Besarion Çiçinadze küçəsi və Varketili III massivindən, yəni Şuamta və Abaşvili küçələrinin kəsişməsindən hərəkət edəcək”, - deyə paytaxt meri bildirib.


