10 
Apr
2023
11:50
391

Polis qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü E.M.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il aprelin 9-da Tbilisi şəhərində qarşılıqlı mübahisə zəminində 1972-ci il təvəllüdlü M. Ş.-yə soyuq silahla ölümcül xəsarət yetirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən E.M. isti izlərlə saxlanılıb.

Cinayətin silahı - bıçaq maddi sübut kimi götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır.

Bizimlə əlaqə saxlayın