10 
Apr
2023
10:32
1769

Rustavidə 100 min dollar oğurlayan şəxs piyadanı vuraraq kanala düşüb

Rustavidə bir nəfər 100 min dollar oğurlayıb, bundan sonra piyadanı vuraraq kanala düşüb.

InterPress.ge xəbər verir ki, Davit Qareci küçəsində bir nəfər sərnişini aldadaraq “BMW” markalı avtomobildən düşürüb, 100 min dollarını oğurlayıb. Pulu oğurlayan şəxs yolda piyadanı vurub, bundan sonra sükanı idarə edə bilməyib, yolun hərəkət hissəsindən çıxıb və kanala düşüb.

Az sonra hadisə yerinə təcili tibbi yardım və kriminal polis qrupları gəlib.

Zərərçəkən də tezliklə hadisə yerinə gəlib, mövcud məlumata görə, qeyd olunan məbləğlə avtomobil almağa hazırlaşırmış.

Təqsirləndirilən şəxs polis tərəfindən hadisə yerində yaxalanıb.

Bizimlə əlaqə saxlayın