09 
Apr
2023
12:59
381

Marneulidə 9 aprel qurbanlarının xatirəsi yad edilib - FOTO

Bu gün Marneulidə 9 aprel qurbanlarının xatirəsi yad edilib.

InterPress.ge xəbər verir ki, gənclər ictimaiyyət və yerli özünüidarəetmə orqanlarının nümayəndələri birlikdə Marneuli bələdiyyəsinin Alget kəndində yerləşən 9 aprel - 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər, qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə qərənfillər qoyulub. 

Daha sonra GAİM-in icraçı direktoru Murad Muradov, İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov, Marneuli Bələdiyyə Məclisinin deputatı Mahir Bayramov, Marneuli merinin Alget ərazi birliyi üzrə nümayəndəsi Rasim Ramazanov çıxışlar edərək gənclərə ətraflı məlumat veriblər.

Tədbirin ikinci hissəsində GAİM-də Təhsil Elmləri Doktoru, 7 nömrəli ictimai məktəbin baş müəllimi, tarixçi Sərdar Yusubov tərəfindən gənclərə “9 aprel” hadisələri haqda seminar keçirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər