08 
Apr
2023
13:16
15143

Marneulidə dəhşətli hadisə - Qadının saçını qırxaraq ərinin evindən qovublar

Marneulidə 30 yaşlarında qadının saçını qırxaraq ərinin evindən qovublar.

InterPress.ge xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkədə yazıb.

“Mən düşünürdüm ki, Xanım Ceyranova hadisəsindən sonra belə bir şey olmayacaq. Bu gün mənə yazdılar ki, Təzəkəntdə 30 yaşlarında qadının saçını qırxıblar və övladı ilə birlikdə atasının evinə göndəriblər. Məlum olub ki, qız bir vaxtlar məcburi nikahın qurbanı olub.

O, əmisi oğlu ilə münasibətdə olub və ər xəbəri eşidən kimi arvadının saçını qırxdırıb. O ki qaldı oğlana, necə deyərlər, xəstəxanadadır, intihara cəhd edib, indi baş verənlərə görə qadını günahlandırırlar, amma elementar bir şeyi başa düşmürlər ki, ona seçim hüququ verilməyib və icazəsi olmadan evləndirilib.

Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının Müdafiəsi İdarəsi hadisəyə cavab verib və qız sağ-salamatdır, yəqin ki, hadisəni törədən şəxs tutulub”, - Bayramova yazıb.

Bizimlə əlaqə saxlayın