TikTok-da yayılan videodan sonra DİN araşdırmalara başladı - VİDEO
Dünən sosial şəbəkələrdə Vakedə, Jvaniya küçəsində 10-a yaxın gəncin bir-biri ilə əvvəlcə şifahi mübahisə etdiyi, daha sonra isə mübahisənin davaya çevrildiyini əks etdirən görüntülər yayılıb.
InterPress.ge xəbər verir ki, videoda ehtimal ki, atışma səsi də eşidilir.
Görüntülərdə davaya qarışan gənclərin avtomobilin ön şüşələrini vurması əks olunub. Əldə olan məlumata görə, saat 7 radələrində Jvaniya küçəsində qarşı-qarşıya gələn həmin şəxslər yerli sakinlər deyil.
“Eyvana çıxanda insanların dayandığını gördüm. Əminəm ki, videonu çox adam çəkib. Kim olduqlarını və neçə nəfər olduqlarını bilmirəm. Səs-küy eşitdikdən sonra bayıra çıxdım”, – yerli sakinlərdən biri deyib.
Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 239-cu (silahdan istifadə etməklə qrup xuliqanlığı) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


