07 
Apr
2023
11:14
287

Heydər Əliyevin 100 illiyi ilə bağlı keçiriləcək "Dostluq" futbol turnirinin təqdimatı keçirilib - FOTO

6 aprel tarixində İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günündə "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirəcəyi "Dostluq" futbol turnirinin Marneulidə yerləşən Tea House (Çay evində) təqdimatı keçirilib.

InterPress.ge xəbər verir ki, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Rezo Həsənov qonaqları salamlayıb, daha sonra "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" haqqında tədbir iştirakçılarına geniş məlumat verilib və bildirilib ki, mərkəz 2021-ci ildən fəaliyyətə başlayıb və bu günə kimi bir çox layihələr həyata keçirib.

Daha sonra "Dostluq" futbol turniri haqqında qonaqlara geniş məlumat verilərək bildirilib ki, turnir Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib və altı şəhərdən səkkiz komanda iştirak edəcək. Yarışa 22 apreldə start veriləcək. 7 may tarixində isə final oyunu keçiriləcək.

Daha sonra qonaqlara söz verilib. Komandaların rəhbərləri və klub məşqçiləri turnirin təşkilini müsbət qiymətləndiriblər. Arzu ediblər ki, "bənzər turnirlər tez-tez keçiriləcək və gənclərin inkişafına çox böyük tövfə verəcək."

Sonda isə püşkatma mərasimi olub. 22 aprel tarixində ilk açılış oyununda "Sabah İdman Klubu" ilə "Gorarxı Marneuli" komandaları qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın