07 
Apr
2023
10:21
1628

Məktəbdə bir neçə şagird əllərinə xəsarət yetirib

Batuminin dövlət məktəblərindən birində bir neçə şagird əllərinə xəsarət yetirib.

InterPress.ge xəbər verir ki, Batumi resurs mərkəzinin direktoru Qoça Davitadzenin sözlərinə görə, tələbələr özlərini yaxşı hiss edirlər.

Onun məlumatına görə, müəllim dərs zamanı qızların əllərində xəsarətlər olduğunu müşahidə edib.

Qoça Davitadze deyib ki, hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.

"Müəllim dərs zamanı şagirdlərin əllərində cızıqların olduğunu görüb. Müəllim lazımi reaksiya verib. Bu barədə məktəb rəhbərliyinə, sosial işçiyə və bütün aidiyyatı qurumlara məlumat verib. Məktəb direktorluğunda uşaqların niyə belə etdiyinə dair heç bir məlumat yoxdur. Məktəb rəhbərliyi polis çağırıb, müvafiq proseslər gedir. Uşaqlar oynadıqlarını deyirlər", - Qoça Davitadze bildirib.

Bizimlə əlaqə saxlayın