Gömrükdə bəyan edilməmiş siqaretlərin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Martın 1-dən 30-dək “Sarp”, “Sadaxlı-Avtomobil” və “Laqodexi" gömrük-keçid məntəqələrində ölkəyə qanunsuz olaraq bəyan edilməmiş siqaretlərin keçirilməsinə cəhd faktlarının qarşısı alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat yayıb.
“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri şübhə əsasında müxtəlif ölkə vətəndaşlarının fiziki yoxlanılması və şəxsi çantalarına baxış nəticəsində, eləcə də nəzarətlərində olan avtomobillərinin yoxlanılması nəticəsində 50 640 ədəd bəyan edilməmiş siqaret aşkar ediblər. Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, sanksiya kimi qanunu pozan vətəndaşlardan mallar müsadirə edilib və onların hər biri min-min lari məbləğində cərimə edilib”, - deyə məlumatda bildirilir.


