06 
Apr
2023
12:30
399

Gürcüstanda çörək ucuzlaşacaq

Aprelin 10-dan çörəyin qiyməti 10 tetri ucuzlaşacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstan Çörək Sənayesi Birliyinin” sədri Malxaz Dolidze məlumat verib.

Malxaz Dolidzenin qeyd etdiyinə görə, qiymətin aşağı salınması çörəyin çəkisinə təsir etməyəcək.

“Qərar verildi ki, bu il aprelin 10-dan çörəyin qiyməti 10 tetri ucuzlaşacaq. Baş nazirin dediklərini yerinə yetirəcəyik. Qiymətin ucuzlaşması çörəyin çəkisinə təsir etməyəcək. İnanıram ki, mağazalar şəbəkəsində problem olmayacaq və qiymət endirimi mütəşəkkil şəkildə olacaq.

Mən məhəllə və ailə dükanlarına zəmanət verə bilmərəm, necə davranacaqlarını bilmirəm. Qiymətlərin liberallaşdırılması ilə əlaqədar olaraq qiyməti özləri təyin edirlər”, - Malxaz Dolidze “Mtavari” media mərkəzində deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər