Bu gündən Gürcüstandan buğda ixracına qoyulan qadağa aradan qaldırıldı
Hökumətin qərarına əsasən, buğda ixracına qoyulan qadağa vaxtından əvvəl götürülüb. Qeyd olunan məhdudiyyət bu gündən etibarən qüvvəsini itirib.
InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstanın birinci kanalına Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən təsdiqləyiblər.
Xatırladaq ki, ötən il Gürcüstan hökumətinin qərarına əsasən, 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstandan buğda və arpa ixracı qadağan edilib. Arpa qadağası tezliklə aradan qaldırılıb, lakin buğdanın ixracı qadağası qüvvədə qalıb.
Lakin bir neçə gün əvvəl Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Otar Şamuqia izah edib ki, ölkədə ərzaq təhlükəsizliyi baxımından artıq heç bir risk yoxdur, ona görə də yuxarıda qeyd olunan qadağaya artıq ehtiyac yoxdur.


