05 
Apr
2023
12:17
1518

Larsda beynəlxalq daşıyıcıların yol hərəkəti qaydaları dəyişir

Beynəlxalq daşıyıcıların Larsda hərəkəti dəyişir. 

InterPress.ge xəbər verir ki, məlumatı Quru Nəqliyyatı Agentliyi yayıb.

Qurumun məlumatına görə, sərhəd nəzarətində dəyişiklik mayın 23-dək qüvvədə olacaq.

Qurumun yaydığı bəyanatda deyilir ki, dəyişiklik Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin məlumatı əsasında həyata keçirilir.

“Martın 13-dən mayın 23-dək Kazbegi/Dariali sərhəd-keçid məntəqəsində rabitə vasitələrinin dəyişdirilməsi və yol hərəkəti qaydalarına dəyişiklik edilməsi ilə əlaqədar beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri üçün gömrük-keçid məntəqələri sərhəd keçid zolaqlarını 11-dən 6 zolağa endirməklə əks rejimdə fəaliyyət göstərəcək", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın