Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rus işğalçılarının hərbi itkiləri ilə bağlı yenilənmiş məlumatı dərc edib.
InterPress.ge xəbər verir ki, məlumatlar 24 fevral 2022-ci ildən bu ilin 5 aprelinə qədər olan dövrü əhatə edir.
Baş Qərargahın məlumatına görə, işğalçıların hərbi itkiləri belədir:
əsgər - təxminən 176.240;
tank - 3 629;
zirehli texnika - 7005;
artilleriya sistemi - 2707;
raket sistemi - 532;
zenit döyüş sistemi - 280;
təyyarələr - 306;
helikopter - 291;
operativ-taktiki pilotsuz uçuş aparatı - 2283;
qanadlı raketlər - 911;
avtomobil avadanlığı və yanacaq çənləri - 5573;
gəmi/qayıq - 18;
xüsusi texnika - 299.
