04 
Apr
2023
11:30
965

Saxta sənədlərlə özgənin əmlakını mənimsəməyə çalışan şəxslər saxlanıldı

İstintaq Xidməti saxta sənədlərlə özgənin külli miqdarda əmlakını mənimsəməyə cəhd edən iki nəfəri məsuliyyətə cəlb edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, cinayət 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istinaq təbirləri nəticəsində saxta vergi sənədlərinin hazırlanması və istifadəsi yolu ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda özgənin əmlakını əldə etməyə cəhd etmə faktı üzrə 2 nəfəri məsuliyyətə cəlb ediblər.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi səmərə əldə etmək məqsədi ilə qabaqcadan razılaşdırılaraq idarə etdikləri şirkətlər adından saxta vergi hesab-fakturaları tərtib ediblər, guya daşınmaz əmlakın alqı-satqısına dair əməliyyat aparıblar, qeyri-qanuni olaraq 998 389 lari məbləğində saxta ƏDV yaradıblar və dövlət büdcəsindən 500 000 larini geri qaytarmağa çalışıblar.

İstintaq çərçivəsində aparılan vergi yoxlaması nəticəsində 998 389 lari məbləğində saxta ƏDV aktivi ləğv edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin 2-ci, 180-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın