Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

DİN "oğru dünyası" ilə əlaqəsi olan şəxsləri saxladı - VİDEO

6,196
DİN "oğru dünyası" ilə əlaqəsi olan şəxsləri saxladı - VİDEO
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Cinayətkarlar Aləminə Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və…

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Cinayətkarlar Aləminə Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hakimin hökmü əsasında “qanuni oğru”ya müraciət etmək və “oğru dünyası”nın fəaliyyətinə dəstək vermək faktı üzrə keçmişdə ittiham edilmiş 3 nəfəri saxlayıblar, bir nəfərə isə qiyabi ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

İstintaq müəyyən edib ki, D.T və Z. B. arasında maliyyə öhdəliklərinin yerinə yetirilməməsi zəminində mübahisə yaranıb, buna görə D. T. Z.B.-ni təhqir edib. O, “qanuni oğru”ya – Mixeil Çafiçadzeyə (“Maçviçi” ləqəbli) müraciət edib, onun qərarına əsasən, Z. B., L. B., D. Q. və onları müşayiət edən şəxslər D. T.- ya cavab olaraq onu fiziki təhqir ediblər.

Mübahisə edən tərəflər arasında yaranmış münaqişəni “oğru qanunu” əsasında həll etmək üçün xaricdəki “qanuni oğru” – Ceyran Kintsuraşvili Türkiyə Respublikasında “oğru məhkəməsi” təşkil edərək tərəfləri barışdırmaq qərarına gəlib.

Hakimin hökmü əsasında aparılan gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, “oğru dünyası” ilə əlaqədə ittiham edilərək saxlanılan və “qanuni oğru”ya müraciət faktına görə təqsirləndirilən şəxslər “oğru dünyası”nın fəaliyyətində fəal iştirak edib, şəxsi münaqişələri və maliyyə mübahisələrini “oğru qaydaları” ilə həll etmək üçün kriminal avtoritetlərə, həmçinin xaricdəki gürcü “qanuni oğru”ya müraciət ediblər, onlardan təlimat alıblar.

Axtarış nəticəsində şübhəlilərin bir-biri ilə əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonları maddi sübut kimi götürülüb. Müxtəlif növ narkotik vasitələr də maddi sübut kimi götürülüb.

“Qanuni oğru”ya müraciət və “oğru dünyası”nın fəaliyyətinə dəstək vermə faktları üzrə istintaq davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →