03 
Apr
2023
16:10
334

"Ölkə iqtisadiyyatı tarixi maksimumdadır, işsizlik və yoxsulluq tarixi minimumdadır" - Baş nazir

"Ölkə iqtisadiyyatı tarixi maksimumdadır, işsizlik və yoxsulluq tarixi minimumdadır".

InterPress.ge xəbər verir ki, bunu Baş nazir İrakli Ğaribaşvili deyib.

"Ümumi daxili məhsul, ölkə iqtisadiyyatı tarixi maksimumdadır. Adambaşına düşən də tarixi maksimumdadır, bu il artıq 8 min dollara qədər olacaq. İşsizlik və yoxsulluq tarixi minimumdadır. Dərman, ərzaq və yanacağın qiymətləri ucuzlaşmaqda davam edir. Çörək istehsalçıları ilə də ilkin söhbətimiz oldu və gözləyirik ki, onlardan da öz əksini tapacaq, çünki unun qiymətində çox ciddi ucuzlaşma var, bu, çörəyin qiymətində də özünü göstərməlidir. Bununla bağlı cənab Otar Şamuqiya artıq öz sahəsində çalışan istehsalçılarla danışıb və müsbət gözləntilərimiz var. Ümumiyyətlə, demək istəyirəm ki, bu il bizim kifayət qədər müsbət gözləntilərimiz var”.

Bizimlə əlaqə saxlayın