03 
Apr
2023
15:55
349

Mart ayında hansı məhsullar ucuzlaşıb?

2023-cü ilin mart ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,2 faiz, illik inflyasiyanın səviyyəsi isə 5,3 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, inflyasiyanın azalmağa başlamasına baxmayaraq, illik inflyasiyanın formalaşmasına əsas təsir aşağıdakı qruplarda olub:

Ərzaq və alkoqolsuz içkilər: qrup üzrə qiymətlər 11,8 faiz artaraq illik inflyasiyada 3,91 faiz bəndlə əks olunub. Aşağıdakı alt qruplar üzrə qiymətlər artıb:
Tərəvəz və bağçaçılıq məhsulları (28,8 faiz), çörək və çörək məhsulları (16,8 faiz), süd, pendir və yumurta (13,6 faiz), balıq (10,9 faiz), ət və ət məhsulları (10,4 faiz), mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr (10,1 faiz), qəhvə, çay və kakao (8,7 faiz), şəkər, mürəbbə və digər şirniyyatlar (2,7 faiz). Eyni zamanda, meyvə və üzümün qiymətləri azalıb (-2,4 faiz);

2023-cü ilin mart ayında qiymətləri ən çox ucuzlaşan ərzaq məhsullarının siyahısını təqdim edirik:

Kələm - 58,4%
Gavalı - 32,7%
Badımcan - 25,7%
Sarımsaq - 20,8%
Qarabaşaq yarması - 16,3%
Günəbaxan yağı - 14,9%
Kivi - 11,5%
Şəkər -10,9%
Üzüm - 5%
Armud - 3,1%

Bizimlə əlaqə saxlayın