01 
Apr
2023
12:45
326

Oğru dünyası ilə əlaqəsi olan 4 nəfər saxlanıldı, 1 nəfərə qiyabi ittiham irəli sürüldü

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hakimin qərarı ilə keçmişdə müxtəlif ağır cinayətlərə görə məhkum olunmuş 4 nəfəri saxlayıblar, 1 nəfərə isə qiyabi ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi tərəfindən məlumat yayılıb.

Kriminal aləmin fəaliyyətinə dəstək verdiyinə görə saxlanılıblar: 1977-ci il təvəllüdlü İ.X. (“Xavtasa” ləqəbli), 1983-cü il təvəllüdlü Z.Q. ("Leqvi" ləqəbli) və 1976-cı il təvəllüdlü L.A. (“Mola” ləqəbli)

1978-ci il təvəllüdlü M. Ç. (“Xonski” ləqəbli) “qanuni oğru”ya müraciət etmək ittihamı ilə saxlanılıb.

1977-ci il təvəllüdlü C.K.-ya gəlincə, o, xaricdə olduğundan ona qiyabi olaraq “qanuni oğurluq” maddəsi ilə ittiham irəli sürülüb.

Cinayətlərə görə 6 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq müəyyən edib ki, İ.X., Z.Q. və L.A.-nin M.Ç. ilə maliyyə mübahisəsi olub və məsələni oğru yolu ilə həll etməyə çalışıblar, ona fiziki təzyiq göstəriblər. M.Ç öz növbəsində xaricdəki qanuni oğru C.K. ilə əlaqə saxlayıb.

Tbilisidə, L.A.-nın yaşayış mənzilində mübahisəli tərəflərin iştirakı ilə görüş təşkil olunub və "qanuni oğru" C.K. iclasda uzaqdan iştirak edib. 

Axtarış nəticəsində polis təqsirləndirilən şəxslərin bir-biri ilə və xaricdəki gürcü “qanuni oğru” ilə əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonlarını sübut kimi götürüb.

"Qanuni oğruluq", "oğru dünyasının fəaliyyətinə dəstək vermək" və "oğru dünyasına müraciət etmək" faktları üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın