Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 31 Mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib
Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya mərkəzində 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, bu barədə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin Facebook səhifəsində qeyd olunub.
"Bu gün mərkəzimizdə 31 mart soyqırımı qurbanları üçün anım tədbiri keçirilib
Qeyd edək ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törədiblər.
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.
1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Bir daha vəfat edənlərin ailələrinə,yaxınlarına başsağlığ verir allahdan səbir diləyirik",- məlumatda qeyd olunub.