31 
Mar
2023
11:21
1637

Gürcüstandan Azərbaycana nə qədər avtomobilin reeksport edildiyi açıqlanıb

Zavod buraxılışı tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

InterPress.ge xəbər verir ki, sözügedən qərarı ölkənin Nazirlər Kabineti qəbul edib və müvafiq sərəncamı Baş nazir imzalayıb.

Gürcüstan Milli Statistika Xidmətinin xarici ticarət portalından da görünür ki, 2022-ci ildə və həmçinin bu ilin 2 ayında ölkə bu istiqamətdə bir nömrəli ticarət tərəfdaşı olub.

O cümlədən, 2023-cü ilin yanvar-fevral aylarında Gürcüstandan ümumilikdə 7 425 avtomobil (132 557 milyon ABŞ dolları) reeksport edilib ki, bunun da təxminən 25%-i Azərbaycanın payına düşüb. Bu ölkəyə Gürcüstandan 32 819 milyon ABŞ dolları (2 384 ədəd) dəyərində avtomobil gedib. Daha sonra ən çox bu ölkələrə avtomobil gedib: Qazaxıstan 30,619 milyon ABŞ dolları (1 571 ədəd), Qırğızıstan - 27,164 milyon ABŞ dolları (879 ədəd) və Ermənistan - 26,512 milyon ABŞ dolları (1 649 ədəd).

İllik göstəricilərə gəlincə, 2022-ci ildə Gürcüstandan reeksport edilən avtomobillərin 34%-i Azərbaycana gedib.
 

Bizimlə əlaqə saxlayın