İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransı keçiriləcək
23-25 iyun tarixlərində UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə ənənəvi elmi - praktiki konfransın 5-cisi keçiriləcək.
InterPress.ge xəbər verir ki, konfrans Azərbaycanın Ulu Öndəri Heydər Əliyevə həsr olunub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi dünyanın müxtəlif ölkələrinin iqtisadiyyat və idarəetmə sahəsində çalışan tədqiqatçılarını beşinci dəfə bir araya gətirmək üçün “İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı”nı (ISCEMR) təşkil edir. Bu Konfransın keçirilməsində əsas məqsəd elmlərarası tədqiqatların inkişafının dəstəklənməsi, elmin müasir inkişaf meyilləri üzrə fikir mübadiləsinin aparılması, təcrübə paylaşımı, tədqiqatların əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi, eləcə də elmi əməkdaşlıq əlaqələrinin qurulması və qurmağa başladığımız beynəlxalq elmi platformanın inkişafı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan və əsas şüarı “Bir əsrin iqtisadi nəticələri” olan V konfrans Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 22-25 iyun 2023-cü il tarixlərində, Bakı şəhərində, Heydər Əliyev Mərkəzində keçiriləcək.
KONFRANSIN ÖNƏMLİ TARİXLƏRİ
Tam Mətn Məruzələrin Göndərilməsi Üçün Son Tarix 21.04.2023
Qəbul Olununmuş Məruzələrin Elanı Üçün Son Tarix 28.04.2023
Konfrans Proqramının Elan Olunması 10.05.2023
Konfrans Tarixləri 22-25.06.2023
ƏTRAFLI MƏLUMAT ÜÇÜN: https://conferences.az/AZ
Konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət edilən tədqiqatçıların və peşəkar mütəxəssislərin iştikrakı ilə müxtəlif aktual mövzularda workshoplar təşkil olunacaq, məruzələr ediləcək. Konfransın Elm Komitəsi tərəfindən qəbul olunan məqalələrin nəşr edilməsi və beynəlxalq akademik platformalarda indekslənməsi nəzərdə tutulur.


