30 
Mar
2023
13:10
532

Kaxetidə keçirilən xüsusi əməliyyat nəticəsində 4 narkotik alverçisi saxlanılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kaxetidə keçirilən xüsusi əməliyyat nəticəsində 4 narkotik alverçisini saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Kaxeti Polis Departamentinin direktoru Teymuraz Kalandadze məlumat verib.

Kalandadzenin sözlərinə görə, Kaxeti bölgəsində xüsusi əməliyyat gecə boyu davam edib.

“Kaxeti bölgəsində hakimin qərarı əsasında 4 narkotik alverçisi saxlanılıb. Xüsusi əməliyyat gecə boyu davam edib. İstintaq çərçivəsində adıçəkilən şəxslərə nəzarət satınalmaları aparılıb. Hazırda cinayət işi üzrə intensiv araşdırma aparılır”, - deyə Kalandadze bildirib.

Saxlanılan şəxslər polis bölməsinə aparılıb.

Bizimlə əlaqə saxlayın