Ölkənin müxtəlif yerlərində keçirilən xüsusi əməliyyat çərçivəsində 10-dan çox adam saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kupatadzenin sözlərinə görə, ölkənin müxtəlif yerlərində keçirilən xüsusi əməliyyat çərçivəsində indiyədək narkotik vasitələrin alqı-satqısında ittiham olunan ondan çox adam saxlanılıb.
InterPress.ge xəbər verir ki, Kupatadze bu barədə jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, günün sonuna qədər tutulan şəxslərin sayı ən azı iki dəfə artacaq.
“Narkotik alverçilərinə qarşı barışmaz mübarizə davam edir. Bu gün hakimin qərarı əsasında ölkənin dörd yerində, müxtəlif şəhərlərdə, o cümlədən Tbilisidə, Poniçalada ondan çox narkotik alverçisi saxlanılıb. Tədbir davam edir. Böyük miqdarda müxtəlif növ narkotiklər müsadirə edilib və əminəm ki, günün sonuna qədər saxlanılanların sayı ən azı iki dəfə artacaq”, - Temur Kupatadze bildirib.
Onun sözlərinə görə, saxlanılanlar arasında həm xarici ölkə vətəndaşları, həm də qadınlar var.
Tbilisinin Poniçala qəsəbəsində bir neçə saatdır ki, xüsusi əməliyyat keçirilir. Mövcud məlumata görə, xüsusi əməliyyat ölkə boyu, müxtəlif yerlərdə aparılır.


