30 
Mar
2023
11:56
273

2022-ci ildə Gürcüstanda mənfi təbii artım qeydə alınıb

2022-ci ildə Gürcüstanda mənfi təbii artım (diri doğulanların və ölənlərin sayı arasındakı fərq) qeydə alınıb və - 6799 vahidlə müəyyən edilib. Bundan başqa, Tbilisi, Acarıstan Muxtar Respublikası və Kvemo Kartli bölgəsi istisna olmaqla, bütün regionlarda mənfi təbii artım qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat verib.

Məlumata görə, 2022-ci ildə 2021-ci illə müqayisədə ölənlərin sayı 18,0 faiz azalaraq 49 118 təşkil edib. Ən çox ölüm hadisəsi Tbilisi (14 123 nəfər), ən az isə Raça-Leçxumi və Kvemo Svaneti bölgəsində (715 nəfər) qeydə alınıb.

2022-ci ilin məlumatlarına görə, körpə ölümü əmsalı 7,6 promillə təşkil edib. 2022-ci ildə 5 yaşa qədər ölüm halları 9,2 promilli təşkil edib.
 

Bizimlə əlaqə saxlayın