30 
Mar
2023
11:42
320

2022-ci ildə Gürcüstanda doğum halları azalıb

2022-ci ildə Gürcüstanda diri doğulan uşaqların sayı 42 319 təşkil edib, onlardan 21 897-i oğlan və 20 422-i qız olub. Bu göstərici əvvəlki illə müqayisədə 7,9 faiz azalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib. 

2022-ci ildə ən çox doğum Tbilisidə (14202 uşaq), ən az isə Raça-Leçxumi və Kvemo Svaneti bölgəsində (246 uşaq) qeydə alınıb.

2022-ci ildə birinci doğulanların xüsusi payı 37,4 faizdən 39,1 faizə qalxıb, ikinci doğulanların xüsusi payı 35,6 faizdən 33,5 faizə düşüb, üçüncü və sonrakı doğuşlar demək olar ki, dəyişməz qalıb və 26,6 faiz təşkil edib.

2022-ci ildə 25 yaşa qədər qadınlardan doğulan uşaqların xüsusi payı 27,2 faizdən 26,5 faizə enib, 25-39 yaş qrupunda anaların payı isə əvvəlki ilə nisbətən 69,2 faizdən 69,6 faizə qədər artıb. Yaşı 40 və daha yuxarı olan qadınlar arasında da doğum hallarında artım var, onların xüsusi payı 3,6 faizdən 4,0 faizə yüksəlib.

2022-ci ildə ilk övlad dünyaya gətirən ananın orta yaşı 26,4 yaş olaraq müəyyən edilib.

Bizimlə əlaqə saxlayın