Armaz Axvlediani: "Demokratik islahatlar baxımından müsbət dinamika görünməsə, təəssüf ki, namizəd statusunun verilməsi ilə bağlı Brüsseldə müsbət qərar qəbul etməyəcəklər"
Demokratik islahatlar baxımından müsbət dinamika görünməsə, təəssüf ki, namizəd statusunun verilməsi ilə bağlı Brüsseldə müsbət qərar qəbul etməyəcəklər. Perspektiv hələ çox qeyri-müəyyəndir, amma hələ vaxt və şans var.
InterPress.ge xəbər verir ki,u barədə müxalifətçi deputat Armaz Axvlediani Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşdən sonra bildirib.
Axvledianinin qeyd etdiyinə görə, bu yaxınlarda, son bir neçə ayda onların Avropa və ABŞ-dakı həmkarları əlavə nəyisə izah etməyə ehtiyac duymurlar və bu məsələdə vəziyyətin acınacaqlı olduğunu özləri də yaxşı bilirlər.
"İndi biz hamımız birlikdə həll yolu tapmağa çalışırıq. Başa düşürük ki, dəyişiklikləri gətirməyin yeganə yolu seçkilərdən keçir. Seçkilər üçün normal mühit yaratmaq lazımdır, təəssüf ki, "Gürcü arzusu" qəti şəkildə buna qarşı çıxır”, - deyə Axvlediani bildirib.
Axvlediani onu da deyir ki, istənilən məsul müxalifətçi qeyd-şərtsiz ölkə üzrə namizəd statusunu dəstəkləməlidir.
"Bu, o qədər əhəmiyyət kəsb edən məsələdir ki, qeyri-müəyyənlik utancvericidir. Almaniya XİN rəhbərinin dediyi kimi, dəyərlər hesabına prosesi sürətləndirmək olmaz. Bu o deməkdir ki, əsas məsələlər həllini tapmasa, qərarın verilməsi çox çətin olacaq. Brüsseldə qərar qəbul edənlər Gürcüstanın xeyrinə qərar versinlər.Brüsseldə,Strasburqda məsələnin özünə birmənalı olaraq müsbət münasibət bəsləyirlər,bu göz qabağındadır.Onlar bunu “Gürcü arzusu”nda çox gözəl başa düşürlər.Sadəcə biz, Qərar verənlər - siyasətçilər və ilk növbədə "Gürcü arzusu" bizim demokratik islahatlardan keçmək üçün güclü istəyimizin olduğunu göstərməyimiz lazımdır", - Armaz Axvlediani bildirib.


