29 
Mar
2023
12:03
675

Yanvar-fevral aylarında Gürcüstana benzin və dizelin idxalı azalıb

2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstana benzin və dizel yanacağının idxalı 174,1 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,4 min ton və ya 4,6% (182,5 min ton) azdır. 

InterPress.ge xəbər verir ki, bu barədə Neft Məhsulları İdxalçıları İttifaqı məlumat verib.

2023-cü ilin ilk 2 ayı ərzində benzin yanacağının idxalı 81,8 min ton, dizel yanacağının idxalı isə 92,3 min ton təşkil edib.

Kateqoriyalar üzrə 2023-cü ilin yanvar-fevral ayları ərzində benzin yanacağının idxalı aşağıdakı kimi olub: A-91 Regular tipli benzin - 48,3 min ton (59%); A-95 Premium tipli benzin - 32 min ton (39,1%); A-98 Super tipli benzin - 1,5 min ton (1,8%);

Bu ilin yanvar-fevral ayları ərzində ən çox benzin və dizel yanacağı Rusiyadan idxal edilib - 148,5 min ton, bu da bütün idxalın 85,3%-ni təşkil edir. Sonra gəlirlər: Rumıniya - 24,6 min ton - 14,1%; Belarus - 0,7 min ton - 0,4%; Türkmənistan - 0,2 min ton - 0,1%; Ukrayna - 0,1 min ton - 0,05%; Bolqarıstan - 0,1 min ton - 0,05%.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər