Gürcüstandan yüngül avtomobillərin təkrar ixracı həm kəmiyyət, həm də pul baxımından son 10 ildə ən yüksək həddə çatıb. 2023-cü ilin yanvar-fevral aylarında Gürcüstandan 236,8 milyon ABŞ dolları dəyərində 13 501 avtomobil satılıb.
InterPress.ge xəbər verir ki, məlumatlar həm pandemiyadan əvvəlki 2019-cu ili, həm də Sakstat-ın xarici ticarət portalında tapıla bilən bütün məlumatları üstələyir.
Bu ilin ilk iki ayında Gürcüstandan avtomobillərin çıxdığı ilk 10 ölkə bunlardır:
Azərbaycan - 62,1 milyon ABŞ dolları dəyərində 4 820 ədəd
Qazaxıstan - 51,5 milyon ABŞ dolları dəyərində 2589 ədəd
Ermənistan - 50,1 milyon ABŞ dolları dəyərində 2834 ədəd
Qırğızıstan - 43,1 milyon ABŞ dolları dəyərində 1338 ədəd
Rusiya - 13,5 milyon ABŞ dolları dəyərində 978 ədəd
Birləşmiş Ərəb Əmirlikləri - 3,9 milyon ABŞ dolları dəyərində 51 ədəd
Ukrayna - 2 milyon ABŞ dolları dəyərində 117 ədəd
Çin - 1,4 milyon ABŞ dolları dəyərində 33 ədəd
Belarus - 788,8 min ABŞ dolları dəyərində 37 ədəd
Türkiyə - 561,3 min ABŞ dolları dəyərində 40 ədəd
