Batuminin bir nömrəli dövlət məktəbində bir müəllim və bir neçə şagird zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb.
InterPress.ge xəbər verir ki, məlumatı “Batumelebi” nəşri yayıb.
Batumi Resurs Mərkəzinin məlumatına görə, zəhərlənməyə çox güman ki, sinif otağında buraxılan sprey səbəb olub.
"5-6 uşaq və bir müəllim aparılıb. Çox güman ki, hansısa uşaq sinifdə sprey buraxıb, nə baş verdiyini dəqiq bilmirik, polis bunu öyrənəcək", - Qoça Davitadze deyib.
Polis hadisə yerindədir.
