27 
Mar
2023
12:13
219

Baş nazir: “Səhiyyə sektoruna ayrılan büdcə 1,5 milyard lari oldu"

"Xatırladırıq ki, 2012-ci ilə qədər profilaktik proqramlar praktiki olaraq yox idi. Hepatit C-ni müalicə etmək ağlasığmaz idi".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili universal səhiyyə dövlət proqramının 10 illiyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, yalnız bəzi xəstələrin xərçəng əleyhinə dərmanlar almaq imkanı var idi, o da özəl maliyyə ilə mümkün idi və bu sektorda bir çox çətinliklər var idi.

“Vətəndaşlarımız, hamınızın yaxşı bildiyi kimi, əsas elementar xidmətlərindən yararlanmaq üçün evlərini və avtomobillərini satmalı olurdular. Deməli, vətəndaşımız dövlətdən, dövlət qayğısından tamamilə kənar idi. Bu zaman biz çox yaxşı bilirik ki, hakimiyyətin münasibətini qiymətləndirmək üçün təbii ki, ilk növbədə, vətəndaşlara qarşı münasibət önə çəkilməlidir, dövlət öz vətəndaşlarının sağlamlığının qayğısına necə qalır, həyatının qorunmasına, təhsil almasına və s. nə qədər diqqət edir. Universal səhiyyə proqramının həyata keçirilməsinə başladığımız vaxtdan qısa müddət ərzində səhiyyəyə dövlət büdcəsi təxminən iki dəfə artıb, səhiyyə xidmətlərinə görə cibdən ödənişlər azalıb və sizə dediyim kimi, vətəndaşların 90%-dən çoxunun bu xidmətlərdən istifadə etmək imkanı var.

Onu da xatırlatmaq istəyirəm ki, son illər səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi görünməmiş şəkildə artıb. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildəki 450 milyon laridən bu il artıq 1 milyard 450 milyon lariyə yüksəlib, bu, əlbəttə ki, çox böyük irəliləyişdir”, - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın