Bütün Gürcüstan Müsəlmanları İdarəsi: "Ölkənin ali qanunverici orqanında parlament üzvlərinin təhqiredici yanaşmaları yolverilməzdir"
“Bütün Gürcüstan Müsəlmanları İdarəsi” ölkədə baş verən hadisələri diqqətlə izlədiyini bildirib və bəyan edib ki, müxtəlif mövqelərə görə ölkənin ali qanunverici orqanında parlament üzvlərinin təhqiredici yanaşmaları və fiziki qarşıdurmaları yolverilməzdir.
InterPress.ge xəbər verir ki, bu, “Bütün Gürcüstan Müsəlmanları İdarəsi”nin bəyanatında qeyd olunub.
"Tarixən və bu gün ölkəmiz öz etnik və konfessional müxtəlifliyi ilə seçilir ki, bu da bizim tarixi nailiyyətimiz və mədəni sərvətimizdir. Bütün bunlara diqqət lazımdır. Buna uyğun olaraq, hər birimiz, din xadimləri, siyasətçilər, qeyri-hökumət təşkilatları və başqaları Gürcüstanda müxtəlif konfessiyalar arasında çoxəsrlik, rəngarəng, tolerant münasibətlərə təhlükə yaradacaq etnik və ya dini qarşıdurmanın qarşısını almaq üçün hər şeyi etməliyik. Mübarək Ramazan ayında ölkəmizdə və bütün dünyada əmin-amanlığın möhkəmlənməsi üçün dua edək. Bir-birimizi sevək, bir-birimizə qulaq asaq, hörmət edək, fərqli fikirdə olan insanların qəlbini incitməyək, bir-birimizə pis epitetlər deməyək. Cəmiyyətdə qarşıdurmaya, çəkişmələrə səbəb olacaq bu cür çağırışlardan uzaq olaq. Quranın bizi çağırdığı kimi, bir-birimizi günah və düşmənçiliklə deyil, yalnız xeyirxah işlərlə məşğul edək", - deyə bəyanatda bildirib.


